DÜNYA » SİYASƏT
02 Avqust 2019, 16:40 (GMT +4)

Rusiya, Türkiyə və İran Suriyanın bütövlüyünün tərəfdarıdır

Bakı, 2 avgust, SalamNews. Astana prosesinin təminatçıları - Rusiya, Türkiyə və İran Suriyanın İdlib bölgəsindəki deeskalasiya zonasında mülki əhalinin və qoşunlarının təhlükəsizliyi üçün əməli tədbirlər görmək barədə razılıq əldə edib.

SalamNews xəbər verir ki, Astana formatının 13-cü turunun ikinci günündə Nur-Sultan ikitərəfli və üçtərəfli görüşlər keçirilib.

Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko, Suriya hökuməti və silahlı müxalifətinin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən əsas plenar iclasın yekun bəyannaməsini oxuyub..

Tərəflər Suriyanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə sadiq olduqlarını vurğulayırlar.