DÜNYA » DİN
03 Avqust 2019, 12:11 (GMT +4)

Ayətullah Sistaninin dəftərxanası qurban bayramının vaxtını açıqlayıb

Bakı, 3 avqust , SalamNews, B.Samid. Ayətullah Sistaninin dəftərxanası zilhiccə ayının ilk gününü və qurban bayramının vaxtını açıqlayıb.

SalamNews  Sumariya Agentliyinə istinadla xəbər verir ki, Ayətullah Sistaninin dəftərxanası qurban bayramının vaxtı ilə bağlı bəyanat verib.

Bildirilib ki, zilhiccə ayının biri avqustun 3-nə (şənbə) mübarək qurban bayramının günü isə avqustun 12-ə təsadüf edir.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarına, habelə Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən avqustun 12, 13-ü Qurban bayramı günləri müəyyən edilib.