DÜNYA » SİYASƏT
05 Avqust 2019, 10:39 (GMT +4)

İran ABŞ xalqına başsağlığı verib

Bakı, 5 avqust , SalamNews, B.Samid. İran son günlərdə ABŞ-ın Texas və Ohayo ştatlarında həyata keçirilən silahlı hücumların qurbanlarının ailələrinə və ABŞ xalqına başsağlığı verib.

SalamNews  İRNA-a istinadla xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi məlumat verib.

İran XİN sözçüsü bildirib ki, ölkəsi ABŞ-ın Texas və Ohayo ştatlarında silahlı hücumlarda həlak olanlara görə ABŞ xalqına, həlak olanların yaxınları və ailələrinə başsağlığı verir.

Qeyd edək ki, şənbə günü ABŞ-ın Texas və Ohayo ştatlarında silahlı hücumlar nəticəsində onlarla insan həlak olub.

Qeyd edək ki, cari ildə ABŞ-da 250 silahlı hücum qeydə alınıb. ABŞ demokratlar cinahı ölkədə son dövrlərdə silahlı hücumlarının artmasının əsas səbəblərindən biri kimi, prezident Donald Trampın irqçi çağırışlarının olduğunu bildirirlər.