MDB ÖLKƏLƏRİ » SİYASƏT
08 Avqust 2019, 11:30 (GMT +4)

Qırğızıstan Prezidenti: Atambayev Konstitusiyanı kobud şəkildə pozur

Bakı, 8 avqust, SalamNews. Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov keçmiş dövlət başçısı Almazbek Atambayevin həbs cəhdinə qarşı çıxaraq Konstitusiyanı kobud şəkildə pozduğunu söyləyib.

"Almazbek Atambayev Qırğızıstan Respublikasının Konstitusiyası və qanunlarını kobud şəkildə pozaraq, qanun çərçivəsində istintaq tədbirlərini həyata keçirməyə sərt şəkildə silahlı müqavimət göstərib", Jeenbekov deyib.

SalamNews RİA"Novosti"yə istinadən xəbər verir ki, Jeenbekov Qırğızıstanın hüquqi dövlət olduğunu qeyd edərək bildirib ki, bütün vətəndaşlar tərəfindən qanuna ciddi əməl olunmasını təmin etmək dövlətin borcudur.

Daha əvvəl ölkədə vəziyyətin gərginləşməsi ilə bağlı  Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun başçılığı ilə Təhlükəsizlik Şurasının və parlamentin-Joqorku Keneşin növbədənkənar iclaslarının başladığı bildirilirdi.