AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA
08 Avqust 2019, 16:41 (GMT +4)

Bakı Avropa Liseyinin məzunları medallara layiq görülüblər

Bakı, 8 avqust, SalamNews.Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Bakı Avropa Liseyinin məzunlarından 4-ü medallara layiq görülüb.

Bu barədə məlumat SalamNews-a liseydən verilib. Bildirilib ki, məzunlardan Rüstəm Həbibullayev qızıl, Cabir Hüseynov, Ləman Həsənli və Gülzar Məmmədli isə gümüş medalla təltif olunublar.

Liseydə təhsilin inkişafı üçün mühüm tədbirlər həyata keçirilir. Ötən il təhsil müəssisəsini bitirmiş məzunların hamısı Azərbaycanın və xarici ölkələrin nüfuzlu universitetlərinə qəbul ediliblər.

Xatırladaq ki, Təhsil naziri Ceyhun Bayramov “Ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında” əmr imzalayıb. Əmrə əsasən, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 112 məzun qızıl, 67 məzun gümüş medalla təltif olunub.