DÜNYA » SİYASƏT
09 Avqust 2019, 14:45 (GMT +4)

Qırğızıstanda Almazbek Atambayevin tərəfdarları saxlanılır

Bakı, 9 avqust, SalamNewsQırğızıstanda qurucusu və sədri sabiq prezident Almazbek Atambayev olan Sosial Demokrat Partiyasının bəzi üzvləri saxlanılıb.

SalamNews xəbər verir ki, Atambayev təslim olduqdan sonra Qırğızıstan Sosial Demokrat Partiyası sədrinin müavini Farid Niyazov və mətbuat katibi Kunduz Joldubayev saxlanılıb.

Polis əliqandallı şəkildə onları Qırğızıstan Daxili İşlər Nazirliyinə təhvil verib.

Qeyd edilir ki, paytaxt Bişkekdə ötən gecə baş verən iğtişaşlar zamanı 40 nəfər saxlanılıb.