AZƏRBAYCAN » HADİSƏLƏR
14 Avqust 2019, 09:34 (GMT +4)

FHN: Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib

Bakı, 14 avqust, SalamNews. Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

SalamNews-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, xilasetmə əməliyyatı bu gün nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Nardaran və Bilgəh sularda xilasetmə məntəqələrinin ərazisində aparılıb.