DÜNYA » SİYASƏT
09 Avqust 2019, 17:31 (GMT +4)

Sanksiyalara görə İrandakı əfqan qaçqınlara beynəlxalq yardımları çatdırmaq mümkün deyil - Beynəlxalq Təşkilat

Bakı, 9 avqust, SalamNews, B.Samid. "Humanitar yardımlar üçün İrana pulların köçürülməsi məsələsində heç bir kanal qalmayıb. Artıq bir neçə həftədən sonra biz İrandakı fəaliyyətimizi dayandırmalı olacağıq. Minlərlə zərərçəkmiş əfqanıstanlı ailə bu yardımlara möhtacdırlar. Onların bundan sonra heç nəyi olmayacaq."

SalamNews  BBC.Farsi-ə istinadla xəbər verir ki, bunu Norveçin Qaçqınların işləri üzrə Şurasının baş katibi Yan Eglənd deyib.

Dünyanın bir çox bölgələrinə humanitar yardımları çatdıran beynəlxalq təşkilatın baş katibi bildirib ki, banklar İrana pul köçürmələrini həyata keçirməkdən qorxurlar və nəticədə ehtiyaclı qaçqınlar problemlə üzləşirlər.

"Mən düşünmürəm ki Tramp dövləti əfqan mühacirlərin uşaqlarını ac saxlamaq niyyətindədir... Əgər belədirsə onlar niyə pul köçürmələrini təmin edən bir kanalı işə salmırlar.?!" deyə beynəlxaql humanitar yardım təşkilatının baş katibi ABŞ sanksiyalarının İrandakı qaçqınlara olan mənfi təsiri haqda açıqlama verib.

Qeyd edək ki, İran hökuməti ABŞ sanksiyaları nəticəsində ölkəyə tibb avadanlığın və dərman peraparatlarının idxalının da ciddi problemlə üzləşdiyini bildirib. İran nüvə saizişi çərçivəsində Avropa dövlətlərindən maliyyə köçürmələrini təmin edən İnsteks sisteminin işə salınmasını tələb edir.