MDB ÖLKƏLƏRİ » SİYASƏT
10 Avqust 2019, 15:44 (GMT +4)

Qırğızıstanda Atambayevin kanalı müsadirə edilib 

Bakı, 10 avqust, SalamNews. Qırğızıstanda məhkəmə keçmiş prezident Almazbek Atambayevin əmlakının, o cümlədən "Aprel" televiziya kanalı və Media Forum ASC-nin əmlakının müsadirə olunması barədə qərar qəbul edib. 

SalamNews xəbər verir ki, bu barədə ölkənin Daxili işlər nazirliyi məlumat yayıb. 

Bişkekdəki Media Forumunun binasında Atambayev tərəfindən qurulan Qırğızıstan Sosial Demokrat Partiyasının (SDPK) qərargahı və "Aprel" televiziya kanalının studiyası yerləşir. 

Kanal eks-prezidentin Bişkek yaxınlığındakı Koy-Taş kəndindəki iqamətgahına basqın etməsi ilə bağlı hadisələri işıqlandırıb.

Almazbek Atambayevin vəkili jurnalistlərə açıqlamasında müvəkkilinin korrupsiyada ittiham olunduğunu bildirdi.