DÜNYA » HADİSƏLƏR
10 Avqust 2019, 16:22 (GMT +4)

Çində "Lekima" qasırğası nəticəsində azı 13 nəfər ölüb

Bakı, 10 avqust, SalamNewsÇində ölkənin şərqində Lekima qasırğası nəticəsində azı 13 nəfər ölüb, daha 16 nəfər itkin düşüb. Bu barədə Çinin mərkəzi televiziya kanalı məlumat yayıb. 

Zhejiang əyaləti təbii fəlakətlər nəticəsində ən çox ziyan dəyən bölgə olub. 

SalamNews xəbər verir ki, eyni zamanda 3 milyondan çox vətəndaş fəlakət bölgələrini tərk edib.

Fəlakət nəticəsində 200-dən çox bina dağılıb, 3 mindən çox binaya ziyan dəyib.