DÜNYA » SİYASƏT
10 Avqust 2019, 14:10 (GMT +4)

Qəzzanın şərqində İsrail qüvvələri ilə atışmada 4 fələstinli həlak olub (VİDEO)

Bakı, 10 avqust, SalamNews, B.Samid. Qəzzanın şərqində İsrailin qurduğu sərhəd zolağında atışma zamanı 4 fələstinli həlak olub.

SalamNews əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, İsrail qüvvələri ilə fələstinlilər arasında gedən atışma ölümlə nəticələnib.

Məlumata görə ötən gecə baş verən bu atışmada 4 fələstinli həlak olub.

İsrail Ordusu bildirib ki, fələstinlilər sərhədi keçməyə cəhd ediblər.

Bunun ardından İsrailin hərbi pilotsuz təyyarələri Qəzzanın mərkəzində Dirul-Bələh adlı yaşayış məntəqəsinə bir neçə hava zərbəsi endirib. Hava zərbələrinin tələfat və xəsarətləri barədə hələ məlumat yoxdur.