AZƏRBAYCAN » HADİSƏLƏR
10 Avqust 2019, 16:05 (GMT +4)

Zaqatala rayonunda növbəti zəlzələ baş verib

Bakı, 10 avqust, SalamNews.Avqustun 10-da Zaqatala seysmoloji stansiyasından 14 kilometr cənub-qərbdə - Zaqatala ərazisində maqnitudası 3.4 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən SalamNews-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 14:00-da qeydə alınıb.

Ocağı 14 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.