DÜNYA » SİYASƏT
10 Avqust 2019, 15:17 (GMT +4)

Tanzaniyada neft maşını partlayıb - 57 nəfər həlak olub

Bakı, 10 avqust, SalamNews, B.Samid.  Tanzaniyanın şərqində bir neft maşını qəzaya uğrayaraq partlayıb. Azı 57 nəfər həlak olub.

SalamNews  Anadolu Agentliyinə istinadla xəbər verir ki, hadisə Tanzaniyanın paytaxtı Darussalamdan 200 km məsafədə yerləşən Maroqoro rayonu ərazisində səhər saatlarında baş verib.

Məlumata görə bir yanacaq maşını qəzaya uğrayandan sonra yaxında olan insanlar benzin əldə etməyə çalışıblar ki dərhal partlayış baş verib.

Bölgə üzrə polis komisarı Steven Kabve yerli "Azem Tv"ə verdiyi açıqlamasında bildirib ki, partlayış nəticəsində 57 nəfər həlak olub. Onlarla şəxs yaralanıb və xəstəxanaya yerləşdirilib.