DÜNYA » İQTİSADİYYAT
14 Avqust 2019, 11:32 (GMT +4)

ABŞ-ın ipoteka borcu 2008-ci ildəki maliyyə böhranının rekordunu keçib

Bakı, 14 avqust, SalamNews. ABŞ ipoteka borcu, maliyyə böhranı yaşanan 2008-ci ilin rekordunu yeniləyib.

SalamNews RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Nyu-York Federal Ehtiyat Bankı məlumat yayıb.

Qurumun məlumatına görə, 2019-cu ilin ikinci rübündə Vaşinqtonun borcu 162 milyard dollar artaraq 9,4 trilyona çatıb.

Eyni zamanda, ipoteka kreditləri ABŞ-ın daxili borcunun əsas tərkib hissəsidir. İkinci rübdə ipoteka krediti 130 milyard dollar artaraq 474 milyarda çatıb və 2017-ci ildən bəri bütün göstəriciləri üstələyib.