DÜNYA » HADİSƏLƏR
14 Avqust 2019, 13:18 (GMT +4)

Yaponiyada həftə ərzində istidən 23 nəfər ölüb

Bakı, 14 avqust, SalamNews. Yaponiyadakı anomal istilər səbəbi ilə 23 nəfər həyatını itirib. 12,7 mindən çox insan istilik səbəbiylə xəstəxanaya yerləşdirilib. SalamNews RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yaponiya Yanğından Mühafizə İdarəsi məlumat yayıb.

Statistik məlumat  5 -11 avqust tarixlərini əhatə edir.

Günvurma diaqnozu əsasən Yaponiyanın paytaxtı Tokioda qeydə alınıb.

Burada 1,46 min nəfər  xəstəxanalara  yerləşdirilib.