DÜNYA » DİN
14 Avqust 2019, 13:25 (GMT +4)

Məkkəyə gedən zəvvarlar həcc ayini əməllərini sona çatdırıblar

Bakı, 14 avqust, SalamNews, B. Samid. Məkkəyə gedən hacılar Nisa təvafını yerinə yetirməklə həcc ayininin əməllərini sona çatdırıblar.

SalamNews  xəbər verir ki, Məkkəyə gedən iki milyondan artıq hacı ötən günlərdə Mina, Ərəfat və Müzdəlifə çölünə gedərək orada həccin ayinlərini yerinə yetiriblər.

Qurban kəsdikdən sonra Məkkə şəhərinin özünə dönən hacılar burada Mərvə və Səfa dağları arasında səy edib, "təqsir" əməlini yerinə yetiriblər.

Daha sonra təfav edən və bu təvafın namazını qılan hacılar, həcc ayinlərini son Nisa təvafı ilə bitiriblər.

Artıq zilhiccə ayının 13-dən etibarən hacıların öz ölkələrinə dönməsi və ya Məkkəni tərk edərək, Mədinəyə Məhəmməd Peyğəmbərin (s.ə) ziyarətinə yollanması başlayır.