DÜNYA » HADİSƏLƏR
14 Avqust 2019, 14:34 (GMT +4)

Qasırğa ilə əlaqədar Yaponiyada 400-ə yaxın daxili reys təxirə salınıb

Bakı, 14 avqust, SalamNews. Yaponiyanın Kyusyu adasını qalan ərazilərlə birləşdirən 400-ə yaxın daxili reys "Krosa" tayfunun yaxınlaşması səbəbindən ləğv edilib.

"NHK" televiziya kanalının məlumatına görə, 170 reys ləğv edilib.

SalamNews RİA Novosti-yə istinadla xəbər verir ki, cümə axşamı günü planlaşdırılan 228 daxili reys təxirə salınıb.

Tayfun hazırda Taneqasima adasından 190 kilometr şərqdə tüğyan edir.