AZƏRBAYCAN » İQTİSADİYYAT
16 Avqust 2019, 15:34 (GMT +4)

Energetika naziri vətəndaşları qəbul edəcək

Bakı,16 avqust, SalamNews.Energetika naziri Pərviz Şahbazov avqustun 30-da Gəncə şəhərində Gəncə və Göygölrayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, qəbul saat 11:00-da Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialının inzibati binasında (ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, Gəncə-Bakı şossesinin kənarı) keçiriləcək.

Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Goranboy şəhərində Goranboy və Naftalan rayonlarınınsakinləri ilə görüşəcək. Qəbul saat 11:00-da Goranboy rayon Heydər Əliyev Mərkəzində (ünvan: Goranboy şəhəri, Dədə Qorqud küçəsi, bina 27) keçiriləcək.

Bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin minenergy@minenergy.gov.az elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Seymur Bağbanlı), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialı (əlaqələndirici şəxs Famil Əliyev, əlaqə telefonları: (050) 235 17 57, (055) 573 17 57), elektron poçt ünvanı:office.ganja@regulator.gov.az, ganja@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.