AZƏRBAYCAN » CƏMİYYƏT
20 Avqust 2019, 10:34 (GMT +4)

“ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur

Bakı, 20 avqust, SalamNews.Prezident İlham Əliyevin Bakı şəhərində iki yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında Sərəncamının tətbiqi məqsədilə müvafiq tapşırıqların icrası təmin edilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a bildiriblər ki, Sərəncama əsasən paytaxtın Xətai rayonunda Gəncə prospekti ilə Neapol küçəsinin kəsişməsində, Ukrayna dairəsinin yaxınlığında növbəti "ASAN xidmət" mərkəzinin tikintisi nəzərdə tutulur. Mərkəzin inzibati binasının yerləşəcəyi ərazinin yaşıllıqlarla əhatə olunduğu nəzərə alınaraq burada tikinti "Yaşıl ASAN" konsepti əsasında həyata keçiriləcək.

“Yaşıl ASAN” konseptinin əsas məqsədi mövcud yaşıllığın qorunması və təbiətin mühafizəsinin artırılmasıdır.