DÜNYA » SİYASƏT
20 Avqust 2019, 11:06 (GMT +4)

Pentaqon qadağan edilmiş raketi sınaqdan keçirib

Bakı, 20 avqust, SalamNews. ABŞ hökuməti  qanadlı raketin sınağının video görüntülərini yayımlayıb.

SalamNews-un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, raketin ABŞ-ın Orta və kiçikmənzilli raketlərin ləğv edilməsi haqqında Müqaviləyə əsasən qadağan edildiyi qeyd olunur.

Məlumata əsasən, avqustun 18-də Kaliforniyada, San Nikolas adasında qanadlı raketin sınaqları keçirilib.

Pentaqonun məlumatına görə, raket 500 metrdən çox məsafəni qət etdikdən sonra hədəfi vurub.

Razılaşmaya əsasən, 500-5.5 min kilometr məsafəyə atılan raketlərin istifadəsi qadağandır.