DÜNYA » SİYASƏT
20 Avqust 2019, 14:42 (GMT +4)

Medvedev rüşvət almaqda ittiham edilən məmuru vəzifəsindən azad edib

Bakı, 20 avqust, SalamNews. Rusiyanın Baş naziri Dmitri Medvedev 4.4 milyon rubl rüşvət almaqda ittiham olunan Pensiya Fondu (PFR) rəhbərinin müavini Aleksey İvanovu vəzifəsindən azad edib.

SalamNews RT-yə istinadla xəbər verir ki, sərəncam rəsmi məlumatların rəsmi internet portalında yayımlanıb.

"İvanov Aleksey Mixayloviçin etimadın itirilməsi ilə əlaqədar Rusiya Federasiyası Pensiya Fondu idarə heyəti sədr müavini vəzifəsindən azad edilir", sənəddə deyilir.

İvanov rüşvət almaqda şübhəli bilinərək iyulun əvvəlində həbs edilib. Moskvanın Basmannı məhkəməsi onu iki ay müddətinə azadlıqdan məhrum edib.