DÜNYA » SİYASƏT
22 Avqust 2019, 11:07 (GMT +4)

İran prezidenti: Yeni havadan müdafiə sistemimiz Rusiyanın S-300-dən güclüdür

Bakı, 22 avqust, SalamNews, B.Samid. "İranın istehsal etdiyi "Bavər-373" Rusiyanın S-300 sistemlərindən də yaxşıdır və S-400-ə yaxındır."

SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bu gün Tehranda Müdafiə Sənayesi günü ilə bağlı keçirilən mərasim çərçivəsində İranın yeni və yerli havadan müdafiə sistemi olan "Bavər-373"ün təqdimatında bəyan edib.

İran prezidenti adıçəkilən sistemin bu gündən ölkənin havadan müdafiə qüvvələrinə təhvil veriləcəyini də bildirib.

Qeyd edək ki, İranın müdafiə naziri Əmir Hatəmi ötən gün bu sistem haqqında məlumat verərkən "Bavər-373"ün 300 km radiusda olan hədəfləri vurduğunu bildirib.