AZƏRBAYCAN » HADİSƏLƏR
27 Avqust 2019, 15:38 (GMT +4)

FHN: Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürülüb

Bakı, 27 avqust, SalamNews.Avqustun 25-də Ağsu rayonunun Kəndaxan kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən SalamNews-a bildiriblər ki, yanğının qarşısı nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən alınıb. Yanğın nəticəsində dağlıq ərazidə 10 hektar sahədə kol-kos, ağaclar və qurumuş ağacların kötükləri yanıb.

Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.