AZƏRBAYCAN » SİYASƏT
30 Avqust 2019, 10:45 (GMT +4)

Yaxın vaxtlarda Qarabağla bağlı yeni görüş keçiriləcək - Ermənistan XİN rəhbəri

Bakı, 30 avqust, SalamNews. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyanın yeni görüşünün yaxın vaxtlarda keçirilməsi planlaşdırılır.

SalamNews bu barədə Sputnik Ermənistan-a istinadən xəbər verir.

Mnatsakanyan jurnalistlərə açıqlamasında bildirib ki, konkret  tarix barədə məlumat verə bilmir, ancaq bu məsələ ilə bağlı dialoq davam edir və müvafiq bəyanat hər iki tərəfdən verilməlidir. 

Mnatsakanyanın sözlərinə görə, bu il Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi olduqca dinamik keçib və tərəflər bu prosesi dondurmaq niyyətində deyil.