DÜNYA » SİYASƏT
30 Avqust 2019, 17:47 (GMT +4)

Yəmən hökuməti BƏƏ-nin aviazərbələrinə görə BMT-ə şikayət edib

Bakı, 30 avqust, SalamNews, B.Samid. Səudiyyə Ərəbistanı koalisiyasının dəstəklədiyi Yəmən hökuməti BMT Təhlükəsizlik Şurasına şikayət edib.

SalamNews əl-Cəzirəyə istinadla xəbər verir ki, bu barədə Yəmən hökumətinin BMT-dəki nümayəndəliyi məlumat verib.

Bildirilib ki, Yəmən hökuməti Birləşmiş Ərəb Əmirliyinin Ədən və Əbyəndə hökumət qüvvələrinə hava zərbələri endirməsinə görə BMT TŞ-a şikayət edib.

Qeyd edək ki, Yəmən hökuməti bundan öncə Səudiyyə Ərəbistanından BƏƏ-nin ərəb koalisiyasından uzaqlaşdırılmasını tələb edib.

Xatırladaq ki, BƏƏ təyyarələri ötən gün Yəmənin cənubunda Səudiyyə Ərəbistanı koalisiyasının dəstəklədiyi Yəmən hökuməti qüvvələrinə şiddətli aviazərbələr endiriblər. Bu hava zərbələri nəticəsində 300-ə yaxın əsgər ölüb və yaralanıb.