DÜNYA » SİYASƏT
03 Sentyabr 2019, 09:46 (GMT +4)

Türkiyə Rusiyadan əlavə S-400 sistemləri almağa hazırdır - Çavuşoğlu

Bakı, 3 sentyabr, SalamNews. Əgər Ankara Vaşinqtondan Patriot zenit raket sistemlərini ala bilməsə o zaman Rusiyadan əlavə S-400 zenit raket sistemləri almağa hazırdır.

SalamNews TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu bəyan edib.

"Hələ də bu sistemləri əldə etməyə ehtiyacımız var, özümüzü istehsal edə bilənə qədər belə olacaq. Əgər alınsa ABŞ-dan Patriot hava hücumundan müdafiə sistemlərini də alacağıq. Əks halda  Rusiyadan S-400 alacağıq, Türkiyə müstəqil ölkədir ", - deyə nazir Bled şəhərində keçirilən XIV Beynəlxalq Strateji Forumda bildirib.