RUSİYA » DİN
03 Sentyabr 2019, 12:20 (GMT +4)

Çeçenistanda XVIII əsrə aid məscid təmir edilib

Bakı, 3 sentyabr, SalamNews. Çeçenistanın dağlıq Qalançoj rayonu ərazisində XVIII əsrə aid olduğu deyilən və 150 nəfərin eyni anda ibadət etdiyi bildirilən bir məscid təmir edilib.

SalamNews-un verdiyi xəbərə görə, bu barədə qədim məbədi öz hesabına bərpa etdirən Qalay nəslinin nümayəndəsi Sufyan Ashabov bazar ertəsi TASS-a məlumat verib.

Onun sözlərinə görə, yolların yaxşı vəziyyətdə olması rayondakı digər abidələri də bərpa etməyə fürsət yaradacaq.