AZƏRBAYCAN » MƏDƏNİYYƏT
05 Sentyabr 2019, 09:28 (GMT +4)

Əminə Dilbazinin 100 illik yubileyi qeyd olunacaq

Bakı, 5 sentyabr, SalamNews. Prezident İlham Əliyev "Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb.

SalamNews-un xəbərinə görə, sərəncamda deyilir:

"2019-cu ilin dekabr ayında Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, respublikanın Xalq artisti Əminə Paşa qızı Dilbazinin anadan olmasının 100 illiyi tamam olur.

Sərəncamla Azərbaycan incəsənətinin inkişafı və təbliği işinə dəyərli töhfələr vermiş Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə Mədəniyyət Nazirliyinə Xalq artisti Əminə Dilbazinin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.