DÜNYA » SİYASƏT
05 Sentyabr 2019, 09:45 (GMT +4)

Boris Conson növbədənkənar seçkilərin keçirilməsini təklif edib

Bakı, 5 sentyabr, SalamNews. İngiltərənin Baş naziri Boris Conson növbədənkənar seçkilər keçirməyi təklif edib. Bu barədə Britaniyanın "Sky News" telekanalı xəbər verir.

SalamNews-un "İnterfaks"a istinadla verdiyi xəbərə görə, müvafiq təklif parlamentarilərin Aİ ilə razılaşmadan Brexit-i qadağan edən qanun layihəsini qəbul etməsindən sonra irəli sürülüb.

"Seçkilər 15 oktyabrda keçirilməlidir", Conson İngiltərə Parlamentinin İcmalar Palatasında çıxışı zamanı deyib.

Eyni zamanda, Conson bir daha Böyük Britaniyanın "istənilən halda" oktyabrın 31-də Avropa İttifaqını tərk edəcəyini bildirib.