AZƏRBAYCAN » SİYASƏT
05 Sentyabr 2019, 11:58 (GMT +4)

Tbilisi meri Gürcüstan-Azərbaycan münasibətlərinə verdiyi töhfəyə görə təltif edilib

Bakı, 5 sentyabr, SalamNews. Tbilisi meri Kaxa Kaladze Azərbaycan Respublikası diplomatik xidmətin 100 illiyinə həsr olunmuş yubiley medalı ilə təltif edilib.

SalamNews -un "Gürcüstan Onlayn"a istinadla verdiyi xəbərə görə, medalı Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov təqdim edib.

“Azərbaycan dövləti, azərbaycanlı gənclər Kaxa Kaladzenin uğurlarını həmişə yüksək qiymətləndiriblər. Mer olaraq o bu gün də Azərbaycanla sıx dostluq və əməkdaşlığı davam etdirir. Azərbaycan hökuməti  adından Kaladze "Azərbaycanın Diplomatik ordeni" ilə təltif edilib", Azərbaycanın Gürcüstan səfiri bildirib.

Kaladze fəxri mükafata görə Azərbaycan Prezidentinə və hökumətinə təşəkkür edib.