RUSİYA » HADİSƏLƏR
05 Sentyabr 2019, 17:20 (GMT +4)

Rusiyada Mi-8 helikopteri qəzaya uğrayıb

Bakı, 5 sentyabr, SalamNews. Rusiyanın Saratov vilayətində Mi-8 helikopteri qəzaya uğrayıb. 

SalamNews xəbər verir ki, hadisə Sokolova qəsəbəsi yaxınlığında baş verib.

Bu barədə RİA Novosti-yə bölgənin təcili yardım xidmətinin nümayəndəsi məlumat verib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi helikopter uçuş-enmə zolağında sürət yığarkən aşıb. Helikopterin göyərtəsində sərnişin olmayıb, ekipaj nəqliyyat vasitəsini vaxtında tərk edib.