DÜNYA » SİYASƏT
07 Sentyabr 2019, 14:34 (GMT +4)

Qəzzadan hücuma keçən PUA-lar İsrail ordusunun hərbi maşınlarını hədəfə alıb (VİDEO)

Bakı, 7 sentyabr, SalamNews, B.Samid. Uçuşu Qəzza zolağından həyata keçirilən PUA-lar İsrailin bir hərbi maşınını vurublar.

SalamNews  xəbər verir ki, İsrail Ordusu rəsmi twitter səhifəsində Qəzzadan PUA-ların hücuma keçdiyi və havadan atılan partlayıcılar vasitəsilə bir zirehli maşının ciddi ziyan gördüyünü bildirib.

Məlumata görə havadan zərbə endirən PUA yenidən Qəzzaya qayıdıb.

İsrail Ordusu bu hücumda canlı itki v xəsarətlərin olmadığını bildirib.

Qeyd edək ki, İsrail Ordusunun ötən gün fələstinlilərin yürüşünə atəşi nəticəsində 2 nəfər həlak olmuş 70-dən çox yaralanmışdı. İsrail ötən gecə də Qəzzanın cənub və şərqinə havadan və artileriyadan zərbələr endirmişdi.