DÜNYA » SİYASƏT
09 Sentyabr 2019, 12:14 (GMT +4)

Səudiyyə kralı oğlunu ölkənin enerji naziri vəzifəsinə təyin edib (FOTO)

Bakı, 9 sentyabr, SalamNews, B.Samid. Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüəziz oğlu Əbdüləziz bin Salmanı ölkənin yeni enerji naziri vəzifəsinə təyin edib.

SalamNews  Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyi VAS-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləziz ölkənin enerji naziri Xalid əl-Falehi işindən azad edib və oğlu Əbdüləzizi bu posta təyin edib.

Ötən gün Əbdüləziz atası qarşısında yeni vəzifəsinin məsuliyyətini qəbul etməklə bağlı and içib.

Bu ilk dəfədir ki, ölkənin enerji nazirliyi hakim ailənin üzvlərindən birinə həvalə edilir.

Qeyd edək ki, kral bundan öncə də oxşar addım atıb. Kral Salman 3 il öncə qardaşını birinci vəliəhdlik kürsüsündən azad edərək, onu, oğlu Məhəmmədə həvalə edib.