DÜNYA » SİYASƏT
11 Sentyabr 2019, 14:52 (GMT +4)

Boltonun kənarlaşdırılması kafi deyil, Tramp hakimiyyəti iqtisadi terroru tərk etməlidir - İran

Bakı, 11 sentyabr, SalamNews, B.Samid. "Con Boltonun kənarlaşdırılması daxili ixtilaf məsələsidir. Bu addımın atılması İran üçün kafi ola bilməz. ABŞ hakimiyyəti iqtisadi terroru kənara qoymalıdır."

SalamNews FarsNews-a istinadla xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxt-Rəvançi deyib.

İran rəsmisi ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, müharibə tərəfdarı Con Boltonun kənarlaşdırılmasının İran üçün əsla kafi olmadığını bildirib.

M.Təxt-Rəvançi Con Boltonun kənarlaşdırılmasından sonra ABŞ dövlət katibi Mayk Pompeonun iki ölkə rəsmilərinin görüşü ilə bağlı fikirlərinə münasibət bildirib və əlavə edib ki, ABŞ hakimiyyəti bunun üçün iqtisadi terroru kənara qoymalı və nüvə sazişinə qayıtmalıdır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən gün müharibə tərəfdarı Con Boltonu istefaya göndərib.