AZƏRBAYCAN » İDMAN
12 Sentyabr 2019, 12:12 (GMT +4)

AFFA-nın əməkdaşı “Dinamo”–“Atalanta” oyununa təyinat alıb

Bakı, 12 sentyabr, SalamNews.A milli komandamızın meneceri və AFFA-nın futzal üzrə əlaqələndiricisi Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

SalamNews AFFA-ya istinadla xəbər verir ki, Gənclər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Dinamo” (Zaqreb, Xorvatiya) – “Atalanta” (İtaliya) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.

Matç sentyabrın 18-də Zaqrebdəki Hitrec-Kacijan stadionunda oynanılacaq.