AZƏRBAYCAN » CƏMİYYƏT
12 Sentyabr 2019, 10:53 (GMT +4)

Bakı-Horadiz qatarı 70 dəqiqə ləngiyib

Bakı, 12 sentyabr, SalamNews.Bakı-Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı 1 saat 10 dəqiqə ləngiyib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən SalamNews-a verilən məlumata görə, bu gün saat 03:40 radələrində Bakı-Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı Osmalı-Mürsəlli mənzilində olarkən qatarda texniki nasazlıq yaranıb. Nasazlıq aradan qaldırıldıqdan sonra qatar təyinatı üzrə yola salınıb. Hazırda nasazlığın səbəbləri araşdırılır.

Hadisə nəticəsində qatar 1 saat 10 dəqiqə ləngiyib.