DÜNYA » SİYASƏT
12 Sentyabr 2019, 10:58 (GMT +4)

Husi liderinin qardaşını terror edən «cəsus» öldürülüb

Bakı, 12 sentyabr, SalamNews, B.Samid. Yəmənin Ənsarullah hərəkatının lideri Əbdül-Məlik əl-Husinin qardaşı İbrahim əl-Husini terror edən şəxs zərərsizləşdirilib.

SalamNews  əl-Məsira telekanalına istinadla xəbər verir ki, bu barədə Yəmənin Daxili İşlər Nazirliyi (mərkəzi qərargahı paytaxt Sənada yerləşir) bəyanat verib.

Bildirilib ki, "İbrahim əl-Husini terror edən Səudiyyə Ərəbistanı cəsusu Məhəmmədəli Qayid Davi  aparılan əməliyyat zamanı məhv edilib."

Husilərlə müttəfiq olan Yəmənin Daxili İşlər Nazirliyinin bəyanatında gəlib ki, terrorçu Səudiyyə Ərəbistanı hərbi koalisiyasının nəzarətində olan Mərib əyalətində məhv edilib.

Bu bəyanatda Səudiyyə Ərəbistanın Yəmən daxilində sifarişlərini həyata keçirən qüvvələrə də ciddi xəbərdarlıq edilib.

Qeyd edək ki, husi liderinin qardaşı bir ay öncə sui-qəsdə məruz qalmışdı. Səudiyyə Ərəbistanı koalisiyası bu hadisəni hərbi koalisiyanın qələbələrindən biri kimi qələmə vermişdi.