DÜNYA » SİYASƏT
14 Sentyabr 2019, 12:02 (GMT +4)

Cavad Zərif İsrailin Ağ Evə qarşı cəsusluq etməsi xəbərinə maraqlı münasibət bildirib

Bakı, 14 sentyabr, SalamNews, B.Samid. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İsrailin Ağ Evə qarşı bir sıra cəsusluq addımları atması ilə bağlı prezident Donald Trampa eyham vurub.

SalamNews  xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, İsrailin ABŞ-a qarşı səcusluq etməsi ilə bağlı yayılan xəbərlərdən sonra rəsmi twitter səhifəsində məsələyə münasibət bildirib.

İran XİN rəhbəri yazıb:

"Əgər dost İsrail öz rəhbərinə qarşı cəsusluq edirsə onda Amerikanın daha düşmənə ehtiyacı yoxdur. İndi İsrail öz müttəfiqlərinə qarşı da cəsusluq edir, qalmışdı İraqda və bölgənin digər ölkələrindəki düşmənləri olsun. Hər bir dövlət ki, İraqa təcavüz etmək məsələsində İsrailə bəraət qazandırır, həmin təcavüzdə şərikdir."

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İsrailin Ağ Evə qarşı cəsusluq etməsi xəbərlərinin təsdiqlənmədiyini bildirib.