DÜNYA » CƏMİYYƏT
17 Sentyabr 2019, 15:36 (GMT +4)

Mosulun «Mona Lizası»nın iki il sonra yeni fotoları yayımlanıb (FOTO)

Bakı, 17 sentyabr, SalamNews, B.Samid. Qəmgin gülüşü ilə yaddaşlara həkk olan Mosulun "Mona Lizası" şəhərin azad edilməsindən iki il sonra yenidən kameralara düşüb.

SalamNews xəbər verir ki, iraqlı qızçığaz Səba 2017-ci ilin əvvəllərində Mosulun İŞİD terror təşkilatından azad edilməsi zamanı Reuters-in yerli fotoqrafı Əli Fəhdavinin diqqətini cəlb etmişdi. O zaman qızın qəmli gülüşü görənlərin əksəriyyətinin qəlbini riqqətə gətirmiş, onu "Mosulun Mona Lizası" və ya "Əsrin Mona Lizası" adlandırmışdılar.

İŞİD-ə qarşı əməliuyyatları yaxından əks etdirən fotoqraf  Ə. Fəhdavi bu günlərdə yenidən İraqın şimalına gedərək, Səbanı tapıb və onun, elədə dəyişməyən simasının cizgilərini fotoaparatı ilə əks etdirə bilib.