AZƏRBAYCAN » HADİSƏLƏR
19 Sentyabr 2019, 09:36 (GMT +4)

Xəzər dənizində zəlzələ olub

Bakı, 19 sentyabr, SalamNews.Sentyabrın 19-da Xəzər dənizində 3 bal gücündə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən SalamNews-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 01:43-də qeydə alınıb.

Ocağı 14 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.