DÜNYA » SİYASƏT
19 Sentyabr 2019, 09:32 (GMT +4)

Aramco-ya hücuma cavab olaraq ABŞ İrana yeni sanksiyalar tətbiq edir

Bakı, 19 sentyabr, SalamNews, B.Samid. ABŞ hökuməti yaxın iki gün ərzində İrana qarşı yeni sanksiya dalğasına başlayır.

SalamNews xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp rəsmi twitter səhifəsində yazıb.

ABŞ prezidenti bildirib ki, İrana yeni sanksiyaların tətbiqi ilə bağlı aidiyyatı qurumlara göstəriş verib və bu sanksiyaların mahiyyəti 48 saat ərzində açıqlanacaq.

O, digər twitter paylaşımında Səudiyyədə neft təsisatlarına hücumun arxasında İranın durduğunu bildirib və rəsmi Tehrana qarşı cavab üçün çoxlu seçimlərin o cümlədən sonuncu hərbi seçimin olduğunu bildirib. Lakin o ABŞ-ın güclü olmasına baxmayaraq hərbi seçimə getməyəcəyini yazıb.

Qeyd edək ki, sentyabr ayının 14-də Səudiyyənin Aramco şirkətinin Abqaiq neft təsisatları şiddətli hücuma məruz qalıb və ölkənin neft istehsalının təqribən yarısı (5 milyon 600 min barel) dayanıb. Səudiyyə və ABŞ rəsmiləri hücumun arxasında İranın durduğunu bildirir və araşdırmaların davam etdiyini deyirlər.