DÜNYA » SİYASƏT
20 Sentyabr 2019, 09:06 (GMT +4)

Netanyahu yalan məlumatlarla Trampı aldadırdı – ABŞ-ın sabiq dövlət katibi

Bakı, 20 sentyabr, SalamNews, B.Samid. “Netanyahu yalan məlumatlarla Trampı aldadır və onu ələ salırdı.”

SalamNews “The Jerusalem Post”a istinadla xəbər verir ki, bunu ABŞ-ın sabiq dövlət katibi Reks Tillerson Harvard universitetində çıxışı zamanı deyib.

Tramp Administrasiyasının sabiq dövlət katibi bu çıxışında Benyamin Netanyahu və İsrail hökumətilə bağlı yeni detallar açıqlayıb və bildirib ki, onlar Trampı aldadır və ona yalan məlumatlar çatdırırdılar.

“Onlar (israillilər) özlərinin yaxşı və fələstinlilərin pis olması haqda Trampı belə işlərlə inandırırdılar...Məni narahat edən bu idi ki, bizə yaxın olan mühüm müttəfiqimiz bizlə belə rəftar edirdi”, deyə Reks Tillerson bildirib ki, onun komandası məsələ ilə bağlı daima Trampa izahat verməyə məcbur qalırdılar.

Qeyd edək ki, Tramp Tillersonu 2018-ci ildə istefaya göndərib. R. Tillerson istefadan sonra Konqresdə çıxışı zamanı bildirib ki, faktiki şəkildə ABŞ Xarici İşlər Nazirliyini Trampın kürəkəni (yəhudi əsilli) Carid Kuşner idarə edir.