DÜNYA » SİYASƏT
24 Sentyabr 2019, 11:15 (GMT +4)

Tramp: Ərdoğan mənim dostumdur

Bakı, 24 sentyabr, SalamNews. ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı "dost" adlandırıb. SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, o bildirib ki, Amerikalı keşiş  Endryu Kreq Bransonun Türkiyədə həbsdən azad edilməsi ilə bağlı danışıqlardan sonra Ərdoğan onun "dostuna" çevrilib.

 

"Keçən il, çox güclü bir insan olan, dostum Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla çox qısa və mədəni danışıqlardan sonra keşiş Brunsonu evinə qaytardıq", deyə Tramp bildirib.

"Mən prezident Ərdoğana zəng etdim və dedim:"Keşiş Branson günahsızdır". Prezident Ərdoğana təşəkkür etmək istəyirəm", deyə o  BMT-nin Nyu-Yorkdakı qərargahında "Dini azadlığın müdafiəsinə qlobal çağırış" tədbirində bildirib.