DÜNYA » SİYASƏT
24 Sentyabr 2019, 12:10 (GMT +4)

Türkiyədə miqrantları daşıyan maşın aşıb, ölən və yaralananlar var

Bakı, 24 sentyabr, SalamNews. Türkiyədə miqrantları daşıyan nəqliyyat vasitəsi aşıb.

SalamNews -un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, hadisə Hatayın Reyhanlı qəsəbəsində baş verib.

Məlumata görə, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib. Qəza nəticəsində yaralanan və ölənlər var.

Hadisə yerinə təcili yardım dəstələri cəlb edilib.