AZƏRBAYCAN » İQTİSADİYYAT
25 Sentyabr 2019, 12:38 (GMT +4)

Azərbaycan nefti ucuzlaşıb

Bakı, 25 sentyabr, SalamNews.Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,57 ABŞ dolları və yaxud 0,85% azalıb.

SalamNews xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 66,88 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.