AZƏRBAYCAN » CƏMİYYƏT
25 Sentyabr 2019, 13:33 (GMT +4)

BANM-ın nigeriyalı tələbəsi Azərbaycan dilində öyrənib (VİDEO)

Bakı, 25 sentyabr, SalamNews. Bakı Ali Neft Məktəbinin (BANM) nigeriyalı tələbəsi Somtoçukvu Çidinma Ali Məktəbin “Bilik Günü”ndə çıxışı zamanı Azərbaycan dilində tədbir iştirakçılarını salamlayıb, ölkəmizdə təhsilə başlamasından həyəcan duyduğunu qeyd edib

SalamNews-un məlumatına görə, S.Çidinma 5 gün ərzində BANM-in əməkdaşlarının köməyi ilə azərbayan dilində danışmağı öyrənib.

BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNITAR) tərəfindən həyata keçirilən “Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində 7 nəfər nigeriyalı tələbə, o cümlədən, Somtoçukvu Çidinma 2019-2023-cü illər ərzində Bakı Ali Neft Məktəbində bakalavr dərəcəsi üzrə təhsil alacaq. Tələbələr 4 il müddətində “Neft-qaz mühəndisliyi” ixtisasında nəzəri və praktiki biliklərə yiyələnəcək və sonda lazımi kreditləri toplayaraq BANM-in diplomunu əldə edəcəklər.

Onların BMT-nin ayırdığı təqaüdlər hesabına təhsil alması nəzərdə tutulur.