DÜNYA » SİYASƏT
25 Sentyabr 2019, 13:40 (GMT +4)

Putin və Maduro arasında görüş başlayıb

Bakı, 25 sentyabr, SalamNews. Kremldə Rusiya prezidenti Vladimir Putin və Venesuela lideri Nikolas Maduro arasında görüş başlayıb.
SalamNews bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

Maduro 24 sentyabrda Rusiyaya səfər edib. O bildirib ki, səfər çərçivəsində ölkələr arasındakı münasibətləri, həmçinin onların müxtəlif sahələrdəki inkişaf yollarını müzakirə etmək niyyətindədir.