DÜNYA » SİYASƏT
25 Sentyabr 2019, 15:58 (GMT +4)

HƏMAS Mahmud Abbasdan Oslo anlaşmasından çıxmağı tələb edib

Bakı, 25 sentyabr, SalamNews, B.Samid. Qəzzanı nəzarətdə saxlayan HƏMAS Fələstin muxtariyyətinin lideri Mahmud Abbasdan Oslo anlaşmasından çıxdığını elan etməsini istəyib.

SalamNews Fələstin Media Mərkəzinin saytına istinadla xəbər verir ki, bu barədə HƏMAS bəyanat verib.

HƏMAS-ın bəyanatında Mahmud Abbasdan tələb edilib ki, BMT Baş Assambleyasında çıxışı zamanı Oslo anlaşmasından çıxdığını elan etsin.

Qeyd edək ki, 1993-cü ildə əldə edilən Oslo anlaşmasına əsasən Fələstinin Azadlıq Təşkilatı ilə İsrail arasında sülh danışıqları prosesinə start verilib. Bu anlaşmaya əsasən FAT fələstinliləri təmsil edən rəsmi qurum kimi qəbul edilib. HƏMAS-ın Oslo sazişi ilə bağlı tələbi isə sülh danışıqlarının nəticəsiz qalması, İsrailin güdən günə işğalda olan İordan çayının qərbində yəhudi massivlərinin sayını artırması və onların üzərində İsrailin hakimiyyətini təmin etməsinə görədir. Son illərdə Qüdsün İsrailin paytaxtı kimi tanınması isə Oslo anlaşmasını ciddi şəkildə sual altına alıb.