DÜNYA » SİYASƏT
26 Sentyabr 2019, 13:15 (GMT +4)

Lukaşenko Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib

Bakı, 26 sentyabr, SalamNewsBelarusiya prezidenti Aleksandr Lukaşenko Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. SalamNews xəbər verir ki, o bu barədə Ukrayna mətbuatının  nümayəndələri ilə görüşdə bildirib.

"Mənim üçün müqəddəsdir: Ukrayna vahid və bölünməz olmalıdır", Lukaşenko deyib.

"Vəziyyəti dramatikləşdirməyə ehtiyac yoxdur. Ukraynada macarlar, polyaklar və digərləri yaşayır. Mən bunu belə anlayıram. Nə macarlar, nə də polyaklar inciməsinlər. Mənim üçün müqəddəsdir: Ukrayna vahid və bölünməz olmalıdır", dövlət başçısı vurğulayıb.