DÜNYA » HADİSƏLƏR
26 Sentyabr 2019, 15:05 (GMT +4)

İstanbulda güclü zəlzələ baş verib

Bakı, 26 sentyabr, SalamNews. İstanbulda güclü zəlzələ baş verib. 

SalamNews "Haberler"ə istinadla verdiyi xəbərə görə, Avropa seysmoloji mərkəzi zəlzələnin 5.9 bal gücündə olduğunu açıqlayır.

Kandilli rəsədxanası zəlzələnin 6 bal gücündə olduğunu bildirib.

Yeraltı təkanların İstanbulun bütün rayonlarında hiss edildiyi bildirilir.